"Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, İsgəndərov yeni mövsümdə də "qırmızı-ağlar"ın formasını geyinəcək.


2024/2025 mövsümündən "Araz-Naxçıvan"ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.


Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.