Cari mövsüm öncəsi ciddi layihələr reallaşdıran, səsli-küylü tədbirlər keçirən, anonslar verən, ölkə xaricində toplanış keçən, cari mövsümə maksimum nəticələrlə başlayan "Araz Naxçıvan"da son günlər işlər qaydasında getmir.

Rekord.az xəbər verir ki, I Divizionun son turlarında vacib xallar itirən Naxçıvan təmsilçisi liderliyi əldən verdi.

Dünən isə ölkə kubokunda "Qəbələ"yə biabırçı hesabla məğlub oldu. Premyer Liqaya iddia edən, hər kəsin növbəti mövsüm elitada gözlədiyi komandada birdən-birə nə baş verdi? Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, komanda ciddi sıxıntı ilə üz-üzə qalıb. Belə ki, komandaya dəstək verən sponsorlar gözlənilmədən geriyə çəkiliblər. Komanda hazırda faktiki dəstəksiz qalıb. Növbəti ay üçün futbolçuların məvaciblərinin necə ödənəcəyi də böyük sual altındadır. Bütün bunlar isə komandadakı əhval-ruhiyyəyə və son nəticələrə biraşa təsir edib.