Zaur Axundovun AFFA-nın yeni tərkibində yer almayacağı dəqiqləşib.

Rekord,az xəbər verir ki, Axundovun futzal federasiyasından da gedəcəyi gözlənilir.

Təbii ki, gedişat "Araz Naxçıvan"dan da yan keçməyəcək. Əldə etdiyimiz məlumata görə, növbəti mövsümdən Naxçıvan klubu da Zaur bəyin kurasiyasından çıxacaq. Ümumiyyətlə "Araz Naxçıvan"da köklü dəyişikliklər gözlənilir. Dəyişikliklər rəhbər postlardan başlayacaq. Komandanın yeni idarəçilərə tapşırılacağı gündəmdədir.