"Araz Naxçıvan" yeni avtobus aldı
- 27 May 2022 18:00
- 1195
Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq "Araz Naxçıvan" yeni avtobusla da təmin olunub.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisini daşıyacaq nəqliyyat vasitəsi klubun rəngləri ilə boyanıb.
Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan təmsilçisi oyunlara sözügedən yolla, görüntüdəki avtobusla gedəcək.
