Misli Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Araz-Naxçıvan”la “Sumqayıt” arasında baş tutub. Naxçıvan təmsilçisi 3 xalı tək qolla qazanıb.

Daha öncə “İmişli” “Qarabağ”a (0:1), “Kəpəz” “Neftçi”yə (1:3) uduzub, “Zirə” “Karvan-Yevlax”ı məğlub edib – 1:0. “Şamaxı” – “Turan Tovuz” və “Qəbələ” – “Sabah” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
20-ci tur

15 fevral

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
“Liv Bona dea Arena”, 17:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 10. Felipe Santos, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 14. Ülvi İsgəndərov, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.
Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Saşa İliç.