Növbəti mövsüm Premyer Liqaya gələcəyi gözlənilən "Araz Naxçıvan" indidən heyəti formalaşdırmağa başlayıb.

Rekord.az xəbər verir ki, büdcəsinin elə də böyük olmayacağı gözlənilən Naxçıvan təmsilçisi daha çox digər klublarda ehtiyatda qalan futbolçuların hesabına düşünür.

Əldə etdiyimiz məlumata görə, Naxçıvan təmsilçisi çərçivə problemini "Neftçi"dən Aqil Məmmədovla həll etmək istəyir. Hansı ki, Məmmədov əslən naxçıvanlıdır və özü də daimi oynaya biləcəyi kluba keçmək istəyir. Güman ki, "Araz Naxçıvan"nın təklif edəcəyi məbləğ Aqilin "Neftçi"də aldığından xeyli aşağı olacaq. Buna görə də Naxçıvan təmsilçisi qapıçını icarə əsasında heyətinə qatmaq istəyir.