
"Araz Naxçıvan" AFFA-ya inanmır
- 13 May 2023 12:00
- 693
"Araz Naxçıvan" rəsmən Premyer Liqaya vəsiqə qazansa da infrastruktur baxımından bəzi vacib məsələləri həll etməyə risk eləmir.
Rekord.az xəbər verir ki, söhbər meydançanın qazonunun dəyişdirilməsindən tutmuş, işıqlandırma, tablo və s. dən gedir.
Naxçıvan təmsilçisi ehtiyat edir ki, birdən vaxtından əvvəl xərc çəkib bu işləri görərlər, sonra da AFFA başqa qəra qəbul edib onları elitaya buraxmaq. Buna görə də klub rəhbərliyi AFFA-nn rəsmi təsdiq qərarını gözləyir ki, yenidənqurma işlərinə start versin. Zaman problem deyil. Uzaq başı yeni mövsümün ilk dövrəsini Bakıda da oynamaq olar.