"Barselona"nın futbolçusu Ronald Arauxo zədələnib.

Rekord.az xəbər verir ki, o, ötən gecə La Liqanın 33-cü turunda "Real Soysedad"la oyunda sıradan çıxıb.

Arauxo 55-ci dəqiqədə Erik Qarsiya ilə əvəzlənib.

Qeyd edək ki, Arauxo bu mövsüm İspaniya çempionatında 24 oyunda 4 qol vurub.