
Ançelottinin oğlu baş məşqçi oldu
- 09 İyl 2025 17:15
- 42
Braziliya millisinin çalışdırıcısı Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi təyin edilib.
Rekord.az xəbər verir ki, 35 yaşlı məşqçi “Botafoqo”da (Braziliya) işləyəcək.
Klubun rəsmi saytı onunla 2026-cı ilin dekabrına qədər müqavilə imzalandığını açıqlayıb.
Davide Ançelotti buna qədər atasının rəhbərlik etdiyi Madrid “Real”ında, daha sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.
Xatırladaq ki, 30 iyunda “Botafogo” portuqaliyalı mütəxəssis Renatu Payvanın baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi. Bu qərar klubun 2025-ci il klublararası dünya çempionatının 1/8 final mərhələsində “Palmeyras”a 0:1 hesablı məğlubiyyətindən sonra verilmişdi.