
Ançelottidən Modriç açıqlaması
- 18 Apr 2022 14:46
- 480
"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Luka Modriçin gələcəyi haqqında danışıb.
Rekord.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:
“Düşünürəm ki, o, karyerasını "Real"da başa vuracaq. Nə vaxt olduğunu dəqiq bilmirəm, amma plan belədir.
Nə klubun, nə də onun müqaviləni uzatmaq ilə bağlı problemi var, aydındır. Modriç özünə yaxşı baxır, karyerası ərzində ciddi zədəsi olmayıb".
36 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Real"da oynayır.