
Ançelotti Junior haqda
- 30 May 2022 12:00
- 488
"Real"ın baş məşqçisi Karlo Anlelotti Çempionlar Liqasının finalında "Liverpul"la oyunda yeganə qolun müəlllifi olan Vinisius Juniorun oyunu ilə bağlı danışıb.
Rekord.az xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında braziliyalı hücumçunu tortun üzərindəki albalıya bənzədib:
“Vinisiusa kömək etdiyim yeganə şey ona lazım olan inam idi. Qış fasiləsindən sonra start heyətində oynamadı. Sonra isə davamlı olaraq meydanda oldu. Benzema daha bir il Vinisiusa kömək etdi. Xoşbəxtəm. Çünki tortun üzərinə albalı əlavə edilib. O, fantastik bir mövsüm və final keçirdi”,
Qeyd edək ki, Vinisius bu mövsüm 52 oyunda 22 qol vurub və 20 məhsuldar ötürmə edib.