"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid təmsilçisinə keçəcəyi xəbərlərinə münasibət bildirib.

Rekord.az ESPN-ə istinadən xəbər verir ki, o, fransalı oyunçunun gələcəyini müzakirə etmək məcburiyyətində olmadığını bildirib: "Biz bu cür şeylərə öyrəşmişik. Diqqətimizi işə yönəldirik. Atmosfer çox yaxşıdır. Komandadan kənarda baş verənlər, başqalarının dedikləri bizə təsir etmir. Heç kim məndən Mbappe haqda soruşmur. Mən "Real"ın bazasında, maşınımda və evdə vaxt keçirirəm. Bəzən Madriddə yaxşı restoranlara baş çəkirəm. Amma heç kim mənə belə sual vermir. Mən yalnız Çempionlar Liqasının finalı haqda düşünürəm".

Qeyd edək ki, "Real" və "Liverpul" arasında Çempionlar Liqasının finalı mayın 28-də keçiriləcək. Fransadakı “Stad de Frans” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.