
Anar Nəzirov: "Başımıza gəlməyən qalmadı" MÜSAHİBƏ
- 09 May 2023 12:00
- 592
"Zirə"nin təcrübəli qapıçısı Anar Nəzirov Rekord.az-a müsahibə verib:
- Bir müddət idi oynamırdın, zədən yox idi?
- Yox, zədəm yox idi, baş məşqçinin seçimi idi.
- "Şamaxı"nı səfərdə 3:0 hesabı ilə məğlub etdiniz. Belə asan qələbə gözləyirdiniz?
- Açığı, yox. Amma uşaqlar var gücünü qoydu. Bəzən elə məqamlar olur ki, şansını sona qədər saxlamaq üçün mübarizədən qopmamalısan. Vəziyyət sona qədər mübarizə tələb edir. Bu oyun da elə oyunardan idi. Baş məşqçimiz hər məşqdə, hər iclasda da bunu deyirdi. Üstəlik, Şamaxıda oynamaq çox çətindir. Həm meydança sünidir, həm də "Şamaxı" evdə çox gözəl oynayır. Amma uşaqların əzmi, istəyi, birlik və bərabərliyi bu qələbəni gətirdi.
- Artıq 38 yaşın var. Amma pis formada deyilsən. Bundan sonrası haqda nə düşünürsən, daha neçə il oynaya bilərsən?
- Futbol elə şeydi ki, xırda bir zədə sənin karyeranı bitirə bilər. Bu dəqiqədən danışırıqsa, davam etdirmək istəyirəm, amma biz istəməklə də deyil. Gələcəklə bağlı çox şey rol oynaya bilər. Bəzən zədə yox, futbolda düşdüyün durum da sənin karyerana təsir edə bilir. Amma indiki halda özümü oynamağa hazır sayıram.
- Daha neçə il oynaya bilərsən?
- Elə yaş dövrüdür ki, bunu demək çətindir.22-23-24 yaşında daha çox gələcəyi düşünürsən. Amma mənim yaş dövrüm elədir ki, bəzən hazırlıqlı olduğun halda, tamam başqa səbəbdən də futbolu bitirə bilərsən.
- Cavan olanda özlüyündə düünürdün ki, neçə yaşına kimi karyeraı davam etdirə bilərəm?
- Heç vaxt bu barədə fikirləşməmişəm. Oynamağa gücüm varsa, bu yaşda belə, komandaya faydam dəyirsə, oynamağa hazıram.
- "Şamaxı" ilə matçın sonlarında sanki Rəşad Sadıqova yaxınlaşıb əvəzlənməyimni istədin...
- Yox, sadəcə, yüngül zədəm var, baş məşqçiyə bildirdim ki, hər ehtimala qarşı,əvəzləmələrdən birini saxlasın, birdən mən zədələnib çıxsam, qapıçı əvəzləməsi edə bilək.
- "Zirə"nin avrokubok şansını necə görürsən?
- Sona qədər mübarizə aparacayıq. Özünüz də gördünüz ki, bu mövsüm başımıza gəlməyən qalmadı. Bu vəziyyət də bizi məcbur edir ki, hər oyuna final kimi baxaq.
Anar XANLAROV