"Səbail"dən ayrılan Amil Yunanov karyerasını harada davam etdirəcəyinə dair qərar verməyib.

Rekord.az xəbər verir ki, hazırda dincələn Yunanova həm yerli, həm də Türkiyə klublarından maraq var.

Düzdür, Türkiyədən maraq göstərən klublar daha çox I liqanın elə də güclü olmayan klublarıdır. Amma hər şey maddi şərtlərə bağlı olacaq.ə Yunanov gələn həftənin sonuna kimi qəti qərarını verəcək.