"Zirə"nin heyətinə qatmağa hazırlaşdığı Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Bakıdadır.

Rekord.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ"la dünənki oyununu izləmək üçün Zirə İdman Kompleksinin stadionuna gəlib.

Yeni komanda yoldaşları ilə tanış olan, görüşən braziliyalı oyundan sonra "Zirə"nin avtobusuna minərək gedib. Əldə etdiyimiz məlumata görə, "Zirə" yaxın iki gündə Almeydanın transferini rəsmən açıqlayacaq.