Almaniya - Kurasao oyununun ən yaxşı futbolçusu bəlli oldu
- 00:20
- 26
Futbol üzrə dünya çempionatında Almaniya və Kurasao yığmaları arasında keçirilən E qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, Bundestimin heyətində Kay Haverts oyunun ən yaxşısı adına layiq görülüb.
Adıçəkilən futbolçu Kurasao ilə qarşılaşmada (7:1) dubl edib.