Almaniyanın "Borussiya" (Dortmund) klubu Bundesliqadakı rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi bunu 22-ci turun açılış matçında öz meydanında "Maynts"ı 4:0 hesabı ilə məğlub etdiyi matçda reallaşdırıb.


Bu qarşılaşmada 4 qol vuran komanda ardıcıl 15-ci çempionat oyununda fərqlənməyi bacarıb. Bununla da "Borussiya" turnirdəki rekordunu təkrarlayıb.


Daha əvvəl ardıcıl 15 matçda qol vurmaq rekorduna iki dəfə imza atılıb. 1980-ci ildə "Hamburq" bunu reallaşdırıbsa, 2013-cü ildə "Borussiya" Yurgen Kloppun rəhbərliyi altında oxşar nəticəni göstərib.


"Borussiya" hazırda 51 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. "Arılar" lider "Bavariya"dan 3 xal geridədirlər.