AKF ilə üzv federasiyalar arasında müqavilə imzalandı
- 2023-09-12 18:40
- 382
Azərbaycan Karate Federasiyası (AKF) ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda baş tutub.
Federasiya prezidenti Ülvi Quliyev çıxışında bir sıra məsələlərin həlli üçün toplaşdıqlarını bildirib:
“Azərbaycan Karate Federasiyası Gənclər və İdman Nazirliyi ilə müqavilə imzalayıb. Buna uyğun olaraq da digər federasiyalar AKF ilə saziş bağlamalıdırlar. Bunlar Gənclər və İdman Nazirliyinin reqlamentinə uyğundur”.
Tədbirdə bildirilib ki, AKF-in nəzdində fəaliyyət göstərəcək federasiyalar yarışlar keçirməzdən bir ay öncədən onları məlumatlandırmalıdırlar.
Daha sonra 6 federasiya rəhbərliyi (Milli Karate Federasiyası, Fullkontakt Kyokşin Federasiyası, Kosiki Karate Federasiyası, Ənənəvi Karate Federasiyası, Şotokan Karate Federasiyası, Aşihara Karate Federasiyası) Azərbaycan Karate Federasiyası ilə müqavilə imzalayıb.