
AHF rəsmiləri EHF-nin konqresində iştirak edəcəklər
- 14:45
- 29
Azərbaycan Həndbol Federasiyasının (AHF) rəsmiləri Avstriyanın Burgenland bölgəsində yerləşən Andau qəsəbəsində Avropa Həndbol Federasiyasının (EHF) 17-ci konqresində iştirak edəcəklər.
Rekord.az Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə təşkilati məsələlər, federasiyanın 2023–2024-cü illərə dair maliyyə hesabatları, növbəti illər üçün büdcə və planlar müzakirə olunacaq.
Eyni zamanda, EHF-nin prezidenti, vitse-prezidentləri, komissiya sədrləri və üzvləri 2025–2029-cu illər üçün yenidən seçiləcəklər.
Sentyabrın 19-20-də Azərbaycanı konqresdə AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edəcəklər.