Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin idman zalında uşaq və yeniyetmələr arasında Taekvando üzrə Ağstafa UGİM-nin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yarışın açılışında Ağstafa UGİM-nin direktoru Elşad Cəfərov çıxış edərək iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb. Turnirdə 30 idmançı mübarizə aparıb. Qaliblər Ağstafa UGİM-nin diplomları ilə təltif olunublar.