Ağstafa Mədəniyyət Mərkəzində Vətən Müharibəsinin şəhidi Nihad Abdullayevin xatirəsinə Qol güləşi üzrə Ağstafa rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın təntənəli açılış mərasimindən öncə Ağstafa şəhidlər xiyabanı ziyarət edilərək, səhidlərimizin məzarları önünə gül dəstələri düzülərək ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbirində Ağstafa rayon İcra hakimiyyətinin , Ağstafa rayon Gənclər və idman idarəsinin , Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin məsul əməkdaşları , şəhid ailələri , qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yarışın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Açılış mərasimində Ağstafa rayon İcra hakimiyyətinin məsul əməkdaşı Vüqar Həsənov , Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid anası Aybəniz Əhmədova, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev, məşqçi Məftun Şükürov, şəhid qızı Nəcmiyyə Sədizadə, şəhid atası İlqar Quliyev, Vətən Müharibəsinin qaziləri Seymur Həsənov, Nicat Ələkbərov, şəhidin sinif yoldaşı Ayşən Tağızadə, çıxış edərək xalqımızın ən böyük qürur mənbəyi olan şəhidlrərimzin xatirəsinə həsr olunan bu cür silsilə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, eyni zamanda ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.

Tədbirdə şəhidin anası Kəmalə Abdullayeva çıxış edərək övladının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə keçirilən yarışın təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.

76 nəfər yeniyetmə və gənc idmançının qüvvəsini sınadığı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək yerləri tutan idmançılar Ağstafa rayon Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olunublar.