Asif Abdullayev adına Ağstafa şəhər 2 saylı tam orta məktəbində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi kecirilib.

Rekord.az xəbər verir ki, rayon birinciliyində Ağstafa rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa Təhsil Sektorunun, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin, Əfqanıstan Veteranları ictimai birliyinin rayon şöbəsinin məsul şəxsləri iştirak ediblər.

Açılış mərasimində Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa Təhsil Sektorunun müdiri Mədəd Zeynalov, Əfqanıstan Veteranları ictimai birliyinin rayon şöbəsinin sədri Mirzahid Hacıyev çıxış edərək qeyd ediblər ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.Gərgin mübarizə şəraitində keçən rayon birinciliyində aşağıda qeyd olunan komandalar yüksək nəticə əldə ediblər.

Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin komandası I-ci yeri.

Göycəli kənd tam orta məktəbinin komandası II-ci yeri

Fəxri Nağıyev adına Tatlı kənd tam orta məktəbinin komandası III-cü yer

Əmirxan Hüseynov adına şəhər 1 saylı tam orta məktəbin komandası III-cü yer

Yarışın sonunda qalib komandalara Ağstafa rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.