
Ağstafada güllə atıcılığı üzrə turnir keçirilib
- 02 İyl 2025 10:30
- 48
Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş pnevmatik silahdan güllə atıcılığı üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sektorun aparıcı-məsləhətçisi Hikmət İsmayılov çıxış edərək günün əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Baş hakim tərəfindən qaydalar izah olunduqdan sonra yarışa start verilib. Gərgin mübarizə şəraitində keçən turnirdə I, II və III yerləri tutan idmançılar diplomlarla təltif olunublar. Yarışda ümumilikdə 28 nəfər yeniyetmə iştirak edib.