Camal Araqonun “Səbail”lə müqaviləsi mövsümün sonunda başa çatır.

Rekord.az xəbər verir ki, baş məşqçi Axtandil Hacıyev onun komandada qalmasını istəyir.

Futbolçu özü də “Səbail”də qalmağın əlehinə deyil. Lakin bunun üçün Hacıyevin rəhbərliklə görüşüb klubun gələcəyi ilə bağlı zəmanət alması lazımdır.