
Afrikanın ən güclü klubu bilindi
- 31 May 2022 16:30
- 498
Futbol üzrə Afrika Çempionlar Liqasının qalibi məlum olub.
Rekord.az xəbər verir ki, həlledici oyunda “Vidad Kasablanka” (Mərakeş) ilə “Əl Əhli” (Misir) komandaları üz üzə gəlib.
Oyun Mərakeş təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
“Vidad Kasablanka” tarixində 3-cü dəfə Afrika çempionu olub.
Komanda növbəti ildə klublararası dünya çempionatında iştirak edəcək.