“Keşlə”dən ayrılandan bəri işsiz qalan Tərlan Əhmədov yenidən sevimli peşəsinə qayıda bilər.

Rekord.az-a daxil olan məlumata görə, AFFA sözügedən məşqçiyə təklif göndərməyə hazırlaşır.

İcraçı vitse-prezident Elxan Məmmədovun göstərişi ilə bəzi işsiz məşqçilərin federasiyada işlə təmin olunması nəzərdə tutulub ki, Əhmədov da o siyahıda yer alıb.