
AFFA “Sabah”ın sabiq baş məşqçisinə millini təklif etdi
- 03 May 2022 11:00
- 939
“Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev AFFA-dan dəvət alıb.
Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, cari mövsümün əvvəlində Masazır klubundan ayrılan gənc mütəxəssis bu məqsədlə federasiya rəhbərliyi ilə görüşüb.
Ona 20 yaşadək futbolçulardan ibarət yığmanı çalışdırmaq təklif olunub.
Quliyev AFFA-nın çağırışına nə “hə”, nə də “yox” deyib. O, təkliflə bağlı qərarını mayın sonunda açıqlayacağını bildirib.