
AFFA "Qəbələ"yə maddi yardım edəcək? AÇIQLAMA
- 07 İyn 2022 12:00
- 646
Məlum olduğu kimi, son zamanlar maddi sıxıntı yaşayan "Qəbələ" iki ildir ki, AFFA-dan maliyyə yardımı alır. Federasiya hər mövsüm öncəsi bölgə klubuna 1.5 milyon manat yardım edir. Bəs görəsən, bu mövsüm necə olacaq?
Rekord.az məsələ ilə bağlı "Qəbələ" klubunun fikrini öyrənib.
Klubun meneceri Nail Kərimov saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı AFFA ilə danışıqları olub. Gözlənti var ki, federasiya bu il də Qəbələ təmsilçisinə maddi yardım etsin. Lakin bu yardım nə vaxt olunacaq, məbləğ nə qədər olacaq, bununla bağlı yekun söz federasiya deməlidir. İndiki durumda klub da AFFA-dan gələcək cavabı gözləyir.