AFFA uşaq bağçalarında sağlam həyat tərzinin təbliği ilə əlaqədar olaraq pilot layihəyə start verib.

Rekord.az xəbər verir ki, “Bağçada futbol” bu dəfə Nord uşaq bağçasında təşkil edilib.

Dərslərin keçirilməsi üçün AFFA tərəfindən bağçaya idman ləvazimatları, uşaqlara isə yeni ilə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, layihə 59, 213 və 214 saylı uşaq bağçalarında da davam etdirilir.