AFFA-nın "Turan Tovuz"a avtobus almaq üçün apardığı kampaniya hələ ki, bir işə yaramır.

Rekord.az xəbər verir ki, federasiyanın yaratdığı Futbolun İnkişaf Fondu (FİF) insanlardan ianə toplamaqla məşğuldur.

Ki, həmin ianələr nəticəsində 100 min manat pul toplanmalıdır və həmin pulla da komandaya avtobus alınmalıdır. Amma söz var, deyirlər, niyyət ayrı, məqsəd ayrı. AFFA-nın da niyyəti ilə məqsədi üst-üstə düşmür. Sizcə, aradan keçən bunca müddətdə, FİF-in "Turan Tovuz" üçün açdığı hesaba nə qədər vəsait yığılsa yaxşıdır? Hardasa 3 min manatdan bir qədər çox. Bu pula isə avtobusun ancaq təkərini ala bilərsən. Yaxud da işlənmiş "07". O da köhnəsini. Bu insanlar hələ də dərk etmir ki, futbol oyuncaq deyil və burada ianə toplamaqla klub idarə etmirlər. Futbol, klub idarəçiliyi böyük elmdir. Bu elmi mükəmməl bilmədən heç nəyə nail ola bilməyəcəksən.