AFFA-nın növbədənkənar Konfransı keçirildi
- 08 Yan 2020 12:10
- 705
Bu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib.
Rekord.az xəbər verir ki, saat 10:00-da başlayan Konfrans "Bulvar otel"də gerçəkləşib.
Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olub. Giriş sözü ilə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev 2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələrin gözlədiyini bildirib.
Ardından Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb:
1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi
3. Müvafiq müddətlərin müəyyənləşməsi
4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması
5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi
7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması
8. Digər dəyişikliklər
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.