Son zamanlar Premyer Liqada hakimlik edən Cavid Cəlilovla bağlı təqdim edəcəyimiz məlumat çoxları üçün gözlənilməz ola bilər.

Rekord.az xəbər verir ki, elitada hakimlik edən Cəlilovun siqaret çəkməsinə dair iddialar var.

Hətta "Sabah" - "Beşiktaş" matçında onu damağınds siqaretlə görənlər də olub. Deyilənə görə, Cəlilov hələ daha öncədən, AFFA-da başqa sahədə çalışan vaxtdan siqaret çəkir. Əslində siqaret çəkmək sağlamlığa ziyandı.Yəni çəkməsən daha yaxşı olar. Amma deyək ki, federasiyada başqa vəzifədə çalışdığı vaxtlarda çəkdiklərini başa düşmək olar, insandı, vərdişkardı, çəkir. Amma peşəkar şəkildə hakimlik edə-edə bunu etmək, düzgün sayıla bilməz. Bu, hakimin fiziki hazırlığına da mənfi təsir edir.