AFFA Mingəçevirdəki mərkəzi stadionunu süni örtük etməkdə israrlıdır.

Rekord.az xəbər verir ki, yerli futbol ictimaiyyəti əslində təbii örtüyün saxlanılmasının tərəfdarıdır.

Lakin federasiyadan bildirilib ki, təbii otu salmaq və saxlamaq böyük xərc tələb etdiyindən ən uyğun variant kimi süni örtüyə üstünlük veriləcək. İşlərə nə zaman start veriləcəyi isə hələlik məlum deyil.