AFFA yenidən "Keşlə"nin sabiq futbolçusu Sezar Meza Kolli ilə əlaqə saxlayıb.

Rekord.az-a daxil olan məlumata görə, "Universitatya" ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan paraqvaylının yenidən Azərbaycana qayıdacağı gündəmdədir.

Meza Kolli karyerasını ölkəmizdə davam etdirmək istəyir və bir neçə klubla danışıq aparır. AFFA da bu fürsətdən istifadə edib futbolçunu yenidən milliyə cəlb etməklə bağlı fəaliyyətə başlayıb. Çünki paraqvaylı hansısa klubumuzla razılığa gəlsə, ən azı 1 illik müqavilə bağlayacaq. Bu isə o deməkdir ki, Azərbaycanda oynayacağı halda AFFA onu çox rahatlıqla millinin noyabrdakı oyunlarına çağıra bilər. Danışıqlara da məhz bu üzdən start verilib.