AFFA klubların akademiyalarını yoxlayacaq: bundan sonra fərqli olacaq
- 11:00
- 68
AFFA 2026-cı ildən klublar üzərində nəzarəti gücləndirəcək.
Rekord.az xəbər verir ki, söhbət konkret olaraq akademiyaların fəaliyyətindən gedir.
Məlum olduğu kimi, hər il həm dövlətdən, həm də UEFA-dan uşaq futbolunun inkişafı üçün böyü pullar ayrılır. Klublar isə həmin vəsaiti ya akademiyalara xərcləmir, ya da cüzi hissəsini xərcləyir. Vəsait bir qayda olaraq əsas komandaya legioner alınmasına sərf olunur. Bu ildən isə buna ciddi nəzarət olunacaq. Artıq bu işlərə başlanılıb. AFFA-dan bu sahəyə yeni təyin olunmuş şəxs klubların akademiyalarını gəzərək xərclənən vəsaitlərin hesabatını tələb edəcək. Növbəti vəsaitlər də buna uyğun ayrılacaq. Yəni iş görənlə görməyənlər arasında fərq qoyulacaq, hamıya eyni vəsait verilməyəcək.