Qadınlardan və kişilərdən ibarət cüdo üzrə Azərbaycan millisinin üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.


Rekord.az xəbər verir ki, seminar ACF-nin Hakimlər Komitəsinin sədri Natiq Bağırov və qurumun hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilib.


Qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah edilib, müxtəlif epizodlar üzrə hakim qərarlarının verilmə meyarları ətraflı müzakirə olunub.


Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha dəqiq mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha effektiv qurulmasına dəstək göstərmək olub.