Hakmanndan iddialı açıqlama: "Çempionlar Liqasında oynamaq istəyirik" - MÜSAHİBƏ
- 11:00
- 40
"Turan Tovuz"un qanalı müdafiəçisi Emanuel Hakmann "Sumqayıt"la oyundan (2:1) sonra Rekord.az-a müsahibə verib:
- Öncə oyunla bağlı fikirlərini bilmək istərdik...
- Çətin oyun oldu və bunu əvvəldən də bilirdik. Lakin bura qələbə üçün gəlmişdik. Yaxşı mübarizə apardıq və lazım olan nəticəni qazandıq.
- Bu oyundan əvvəl klub prezidenti Ehtiram Quliyev komanda ilə görüşmüşdü. Bunun bugünkü qələbədə nə dərəcədə rolu oldu?
- Əlbəttə ki, klub prezidentinin bizimlə bu cür görüşü, bizim üçün böyük motivasiya idi.
- Bu mövsüm üçün əsas hədəfiniz nədir?
- Biz Çempionlar Liqasında oynamaq istəyirik. Bunu arzulayırıq və bu arzuya inanırıq. Hər oyun keçdikcə, daha da yaxşılaşırıq. İnşallah, orada olacağıq.
- Növbəti matç "Qarabağ"ladır..
- Böyük matçdır, "Qarabağ" da çox yaxşı komandadır. Biz onlara hörmətlə yanaşırıq, amma bu futboldur. Matça qələbə üçün çıxacağıq. Görəcəyik necə olacaq.
- "Sumqayıt"la matçın 2-ci hissəsində pressinqə məruz qaldız və müdafiədə problemləriniz oldu. Bunun səbəbini nədə görürsüz?
- Oyuna yaxşı başladıq, üstün tərəf idik. Amma 2-ci hissədə bir qədər zəif göründük. Bu da normaldır, çünki rəqib hesabda geridə idi və hücuma atılmalıydı. Topu ələ keçirib qol vurmaq istəyirdilər. Ancaq bu bizim üçün problem deyildi, çünki belə durumlarda nə etməli olduğumuzu bilirik. Ən yaxşısını etdik və qələbə qazandıq.