Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə şəhər məktəblərinin 9-10-cu sinif şagirdləri arasında rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda 1-ci və 2-ci yerin qalibləri Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.

Yekunda qalib komandalarla xatirə şəkli çəkilmişdir.