Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.


Rekord.az xəbər verir ki, 33 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 23 döyüş baş tutub.


Qarşılaşmaların yekununa əsasən son 5 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.


Qadın boksçuların mübarizəsində isə son 2 çəki dərəcəsində finalçılar bəlli olub. 4 döyüşün yekununa əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib.


Azərbaycan çempionatı

26 yanvar


Qadınlar


1/2 final


51 kq


Cəmilə Sultanlı (Sumqayıt) – Leyla Quliyeva ("Firuz" BK) – 5:0


Günel Rəhimova (DİN İC) – Nərgiz Zeynalova ("Abşeron" İK) – birinci nokautla qalib gəlib


65 kq


Özləm Həsənova (AHİTA) – Fatimə Mehdiyeva (Gəncə) – 2:3


Leyli Bayramova (Quba) – Hamama İsrafilova (DİN İC) – ikinci döyüşə gəlməyib


Kişilər


1/4 final


50 kq


Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK) – Elnur Muradov (AzTU) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib


Yusif Soltanov ("Neftçi" İK) – Ramal Yolçiyev ("Qəbələ" İK) – 5:0


Rəvan Babayev (Gəncə) – Kənan Babayev (MOİK) – 0:5


Ucal Musayev (Naxçıvan MR) – Yadigar Əliyev ("Səbail" İK) – 5:0


60 kq


Məhəmmədəli Aşırəliyev ("Neftçi" İK) – Ruslan Qədirov ("Abşeron" İK) – 5:0


Elbrus Adıgözəlov (DİN İC) – Tağı Nəsibov ("Neftçi" İK) – 0:5


Tayfur Əliyev ("Neftçi" İK) – Ruslan Rüstəmov (MOİK) – 5:0


Ümid Rüstəmov (DİN İC) – Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK) – 2:3


65 kq


Maqsud Xasmetov ("Abşeron" İK) – Cəfər Nəcəfli (KNOUT) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib


Abbas Nəcəfli (Gəncə) – Əli Abdullayev ("Zabit Səmədov" DM) – ikinci ikinci raundda tam üstünlüklə qalib gəlib


Malik Həsənov ("Neftçi" İK) – Ruslan Bayramov ("Neftçi" İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib


Zaur Qəhrəmanov (DİN İC) – Cəlal Qurbanov (MOİK) – 0:3


80 kq


Murad Allahverdiyev ("Neftçi" İK) – Hacımurad Aşurov ("Qızıl əlcək" İK) – ikinci döyüşə gəlməyib


Mehdi Ağayev (AzTU) – Ayxan Həsənov (FHN İK) – 0:5


Elmir İsmayılov ("Qızıl əlcək" İK) – Həsən Osmanlı ("Qızıl əlcək" İK) – birincinin məşqçisi döyüşməkdən imtina etdiyi üçün ikinci qalib elan olunub


Elxan Əliyev (Gəncə) – Fəqan Məmmədov (MOİK) – 0:5


90 kq


Nəsimi Qurbanov ("Qızıl əlcək" İK) – Hüseyn Hüseynli (AHİTA) – ikinci ilk raundda nokautla qalib gəlib


Useyd Hümbətov (Z-1) – Bayram Əhədov ("Neftçi" İK) – ikinci ikinci raundda tam üstünlüklə qalib gəlib


Əli Hacızadə ("Sərhədçi") – Rauf Rəhimov ("Neftçi" İK) – birincinin məşqçisi döyüşməkdən imtina etdiyi üçün ikinci qalib elan olunub


Qeyd edək ki, çempionata yanvarın 28-də yekun vurulacaq.