
AFFA I Divizion klublarını aldadıb: cəmi 8 top
- 02 Sen 2022 15:00
- 641
AFFA I Divizion təmsilçilərini inventarla təmin etməkdə çətinliklə üzləşib.
Rekord.az xəbər verir ki, təşkilatçı qurum aşağı liqa komandalarına tələb olunan sayda top verməyib.
Hər bir iştirakçıya, gözlənildiyi kimi, 40 ədəd deyil cəmi 8 ədəd top paylanıb.
Təbii ki. bu da azlıq edir, gündəlik məşq proseslərinin keçirilməsində problem yaranıb. Lakin söz verilib ki çatışmazlıq bir müddət sonra aradan qaldırılacaq.