Hər kəsə məlumdur ki Maykl Esyeni "Səbail"ə AFFA gətirib və bu futbolçunun da aylıq maaşını SOCAR ödəyir. Məqsəd də Avro-2020-ə doğru ölkənin piarını artırmaq və ulduz futbolçuların Azərbaycan çempionatında oynamağa can atmasını da avropalılara göstərmək idi. Çünki hamı görür ki Esyen əvvəlki formada deyil və nadir hallarda oynamaq şansı qazanır.

 

Rekord.az-a bu yaxınlarda Esyenlə bağlı başqa bir maraqlı məlkumat daxil olub.

 

Bizə ötürülən məlumata görə AFFA həm də Esyenə Bakıda PRO kateqoriyalı kurslara qatılıb sözügedən lisenziyanı almağı məsləhət görüb. Bütün xərcləri isə federasiya qarşılayacaq.