Növbəti mövsümdən əvəzedici komandalıarın I Diviziondan çıxardılaraq yenidən öz çempionatlarına qaytarılacağı haqda da məlumatlar yayılıb.

Rekord.az-a daxil olan məlumata görə, əslində AFFA bu haqda fikirləşir və I Divizionun daha peşəkar status alması üçün nə isə etmək istəyir.

Lakin mövcud reallıq buna imkan vermir. Çünki əvəzediciləri I Diviziondan ayırdıqda orada komanda sayı xeyli azalacaq və yeni komandalara ehtiyac yaranacaq. Bunun üçün isə əlavə maliyyə lazımdır ki, "Region Liqası"nda ən azı 3 komandanl I Diviziona gətirib 8 komandalı çempionat təşkil edə biləsən. Eyni zamanda həmin komandaların norma infrastrukturu da olmalıdır. Bütün bu problemlərin mövcudluğu AFFA-ya qərar qəbul etməyə imkan vermir.