Avropa Çempionatının təsnifat mərhələsində iştirak edən voleybolçu kişilərdən ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, F qrupunda yer alan komandamız Monteneqroda təşkil olunan 2-ci dövrənin ilk qarşılaşmasında meydan sahibi ilə üz-üzə gəlib.

Görüş voleybolçularımız üçün pis başlayıb. İlk iki seti uduzan komandamız 3-cü partiyanı aktivinə yazdırıb. Lakin bu, yığmamızın uğur qazandığı yeganə hissə olub. Meydan sahibləri gərgin mübarizədə keçən növbəti setdə də qalib gəliblər. 4 hissə davam edən qarşılaşmada millimiz 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız növbəti oyununu Yunanıstan kollektivinə qarşı keçirəcək.

Avropa Çempionatı, seçmə mərhələ

II dövrə

IV tur

   Monteneqro - Azərbaycan 3:1 (25:16, 25:12, 20:25, 26:24)