
AÇ-nin qalibi olan Azərbaycanın millisi mükafatlandırılıb
- 13 İyn 2025 18:00
- 43
Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidməti məlumat yayıb.
ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.
Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.