20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma 17 və 20-ci yerlər uğrunda qarşılaşmada Slovakiya seçməsi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 47:61

Qeyd edək ki, milli daha əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo, Gürcüstana, həmçinin, 17 və 20-ci yerlər uğrunda görüşdə Lüksemburqa uduzub.