AÇ-2020-nin Bakıda keçiriləcək Türkiyə – Uels matçının hakimləri açıqlanıb.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Artur Manuel Riberio Soares Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavareş və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək.

İyunun 16-da, Bakı Olimpiya stadionunda keçiriləcək Türkiyə – Uels matçı saat 20:00-da start götürəcək.

Türkiyə millisi qrupda ilk oyununda İtaliyaya 0:3 hesabıyla uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib – 1:1.