"Sülhlə birlikdə yaşamaq günü”nə həsr olunmuş 2017-2018-ci təvəllüdlü oğlan və qızlar arasında 24 may 2025-ci il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə Abşeron rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, məqsəd rayonda “Sülhlə birlikdə yaşamaq günü”nün qeyd edilməsi, üzgüçülük idman növünün təbliği və inkişafı, rayon yığma komandasının komplektləşdirilməsidir.

Birinciliyin mükafatçıları diplomlarla təltif olunub.