
Abşeronda gimnastika tədbiri
- 01 Avq 2025 10:31
- 48
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 iyul 2025-ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində ”Sağlam həyat” layihəsi çərçivəsində bədii gimnastika idman növü üzrə məşqçi Aygül Babaşova tərəfindən ustad dərsləri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd rayonda bədii gimnastika idman növünün təbliği, inkişafı, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.