Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, I dövrə çərçivəsində baş tutan görüşdə “Mübariz” və “Abşeron” kollektivləri üz-üzə gəliblər. 

Görüşdə ilk seti Eldar Yusubovun komandası qazanıb. Ardınca “Mübariz” hesabı bərabərləşdirsə də, daha təcrübəli “Abşeron” mövsümdə ilk qələbəsini qazanıb - 3:1 (25:23, 24:26, 25:17, 25:15). 

Nəticədə 2 oyuna 3 xal qazanan “Abşeron” 3-cü yerə yüksəlib. 3 matçdan sonra aktivində 3 xalı olan “Mübariz” isə 4-cü pillədədir.