“Qarabağ”ın “Şamaxı” üzərində qazandığı böyük hesablı qələbə böyük marağa səbəb olub.

Rekord.az xəbər verir ki, Premyer Liqada bir komandanın digər komandanın qapısından 8 cavabsız top keçirməsi sıradan təsir bağışlaya bilməzdi.

Ağdamlıların darmadağını uzaq Braziliyaya da səs salıb.

“Azərsun Arena”da qeydə alınan darmadağın ABŞ-ın məşhur telekanalı olan ESPN-in braziliyalı müxbiri Qustavo Hofmanın diqqətini çəkib.

Təcrübəli həmkarımız “instagram” hesabında bu barədə yazıb:

“Azərbaycanda günün darmadağını. “Koritiba” və “Londrina”nın sabiq futbolçusu Kadinin formasını geyindiyi “Qarabağ” sərt və güclü olduğunu göstərməklə 9-cu çempionluğa doğru inamla irəliləyir”.

Rəqiblərindən 1 oyun az keçirən “Qarabağ” topladığı 55 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb ki, bu göstəricidə ən yaxın izləyicisi “Neftçi”ni 14 xal qabaqlayır.